Şirinov Şirin Şükür oğlu Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Gənc yaşlarından poeziyaya meyllənib, şerlər yazıb. Gənc şairin daha bir şerini oxucularımızın mühakiməsinə veririk.
Gəl uzağa gedək sənlə,
Qoy kimsə tapmasın bizi
Qonşumuzun həyətində,
Hürən it qapmasın bizi
Bu dünya çox balacadır
Çox uzağa getmək olmur
Bizə baxıb hürən itin
Gözlərindən itmək olmur
Uzaqlaşaq bu dünyadan
Səmalarda həyat sürək
Baxanda bir- birimizin
Çiynimizdə qanad görək
Ayrı gedək bilməsinlər
Qoşa getsək anlayarlar
Yolda kəsib qarşımızı
Bizi çoxlu danlayarlar
Mən gedirəm səs eləmə
Arxamca sən də gələrsən
Əgər izimi itirsən
Yolu tapmaqçün ölərsən