Xalq şairi Nəriman Həsənzadə yenidən reanimasiyaya köçürülüb.
Bu barədə “Sherg.az”a şairin qızı Xatirə Həsənzadə məlumat verib.
Onun sözlərinə görə, N.Həsənzadəninin müalicə prosesi həkimlərin nəzarəti altında davam etdirilir və hazırkı vəziyyəti stabil qiymətləndirilir: “Dializ proseduru üçün reanimasiyadan palataya köçürülür, proses bitdikdən sonra isə yenidən reanimasiya şöbəsinə qaytarılır”.
Qeyd edək ki, Xalq şairinin səhhətinin pisləşməsi səbəbindən bir müddət öncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. O, böyrək çatışmazlığından əziyyət çəkir.