Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası seriyasının VIII cildi – Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyası çapdan çıxıb.
APA xəbər verir ki, ilk nəşrindən təqribən 75 il sonra üzü görən bu monoqrafiya nəşrə hazırlanarkən müəllifin dili və üslubu saxlanılıb, ilk mənbədəki mətbəə xətaları düzəldilib.
Həmçinin bəlli olmayan səbəblərdən tərcümə edilməmiş farsca bəzi mətnlərin Azərbaycan dilinə sətri tərcüməsi verilib.
Cildi nəşrə hazırlayanlar filologiya elmləri doktoru Nikpur Cabbarlı, elmi işçilər Aysel Əfəndiyeva, Lalə Paşayeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, redaktoru Hülya Cəbiyevadır.