
Kremlin narahatlıq siqnalı: Rusiya Ermənistanı hələ də öz orbitində görmək istəyir
08:44 20.06.2025
Cənubi Qafqaz
407
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdləri Moskvanı narahat edir. Onun sözlərinə görə, bu kurs gələcəkdə Ermənistanın hava məkanının Rusiya üçün bağlanması ilə nəticələnə bilər.
Qeyd edək ki, Aİ son aylarda Ermənistanla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirib. Brüssel Ermənistana maliyyə və texniki dəstək göstərir, ölkədə müşahidə missiyası fəaliyyət göstərir. Bu isə Moskvanın Cənubi Qafqazda təsirinin zəifləməsi kimi qiymətləndirilir.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a bildirib ki, Rusiya rəsmilərinin Ermənistanla bağlı verdiyi açıqlamalar artıq əvvəlki qədər ciddi qəbul edilmir:

"Bu bəyanatlar, əsasən, Ermənistan hakimiyyətinə yönəlmiş siyasi təzyiq və hədə-qorxu xarakteri daşıyır. Rusiya tərəfi görünür hələ də Ermənistanın hər hansı geosiyasi qərarını Moskva ilə razılaşdırmalı olduğunu düşünür. Əgər Kreml bu məsələdə həqiqətən narahatdırsa, o zaman sadəcə ritorika ilə kifayətlənməməli, daha sərt və açıq mövqe nümayiş etdirməlidir. Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində cəhdləri mövcuddur, lakin bu prosesin qısa və ya orta müddətdə real nəticə verəcəyi hələlik inandırıcı görünmür. Bu, həm daxili siyasi qeyri-sabitlik, həm də regionda davam edən geosiyasi gərginliklə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya