
Ermənistan odla oynayır: Diletant davranışlar hakimiyyətə baha başa gələcək
09:42 18.07.2025
Cənubi Qafqaz
361
Rusiya, Aİ və ABŞ arasında “manevr” etməyə çalışmaq Ermənistanı daha mürəkkəb, riskli vəziyyətlərlə üz-üzə qoya bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü dondurmaqla strateji səhvə yol verib.
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan “RIA Novosti”yə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, münaqişənin ən gərgin vaxtında belə qərara gəlinib və bu da düzgün addım sayılmır.
"Bu vəziyyətə Paşinyanın özü səbəb olub və məsələ hələ də geniş müzakirəyə açıqdır", - o qeyd edib.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü Sherg.az-a bildirib ki, Ermənistan odla oynamaqda davam edir:

"Məsələ Rusiya tərəfindən ona qarşı hansısa tədbirin görülməsində deyil. Əsas problem Ermənistanın qeyri-müəyyən, ziddiyyətli mövqelər sərgiləməsidir. Bir tərəfdən KTMT-dən çıxmaq istədiyini bildirir, sonra bu qərarı dondurur. Digər tərəfdən isə Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətini bəyan edir. Bu addımlar isə regionda qarşılıqlı etimadsızlıq yaradır. Nəticədə Ermənistan böyük güclərin mübarizə meydanına, dolayısıyla isə Cənubi Qafqaz geosiyasətinin gərgin nöqtəsinə çevrilir. Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyanı bir qədər tələsik, emosional qərarlar verən və geosiyasi bilgiləri zəif olan siyasətçi kimi qiymətləndirirəm. İstər təşkilatdan çıxmaq, istərsə də onu dondurmaq məsələləri Ermənistanın öz suveren qərarlarıdır. Lakin Rusiya, Aİ və ABŞ arasında “manevr” etməyə çalışmaq Ermənistanı daha mürəkkəb, riskli vəziyyətlərlə üz-üzə qoya bilər".
Analitikin sözlərinə görə, diletant davranışlar Ermənistan hakimiyyətinə baha başa gələcək:
"Ona görə də Paşinyan və komandası daha peşəkar və ardıcıl xarici siyasət yürütməlidir. Ən azı hansı platformada olacaqlarına – Rusiya, Aİ və s. aydınlıq gətirməli, müttəfiqlərini dəqiq seçməlidirlər. Yalnız bu yolla həm öz dövlətlərini, həm də bütövlükdə Cənubi Qafqazı çətin situasiyalara salmaqdan çəkinə bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə