Özbəkistanda süni yağış texnologiyasının elmi əsaslarla tətbiqi üçün praktiki pilot layihə hazırlanacaq.
Teleqraf xəbər verir ki, bu, Özbəkistanın 2026-cı il dövlət proqramında yer alıb.
Layihə üzrə işlər martın 1-də başlayacaq.
Süni yağış yaratmaq üçün Fransa, Çin və Səudiyyə Ərəbistanı kimi xarici ölkələrin təcrübəsi öyrənilir.
Pilot təcrübələrin bir hissəsi olaraq, ən azı 3-5 praktiki sınaq aparılacaq. Bu, yağıntı dəyişikliyinin təbii fonla müqayisədə 10-20 faiz artmasını təmin edəcək.
İşçi qrupa Özbəkistan Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitəsi, Elmlər Akademiyası və Daşkənd Regional Administrasiyası rəhbərlik edir.