İspaniyanın Argentinanı məğlub edərək çempion olduğu FIFA 2026 Dünya Kubokunun finalı təkcə futbol deyil, həm də möhtəşəm şousu ilə diqqət çəkib.
Sherg.az xəbər verir ki, İngiltərənin “The Telegraph” nəşri final gecəsinə damğa vuran 13 qeyri-adi hadisəni sıralayıb. Siyahıda məşhur yutuber IShowSpeed-in çıxışı, Tom Kruzun oyundan əvvəlki motivasiya nitqi, Donald Trampın Dünya Kuboku ilə görüntülənməsi, Madonna, Ronaldo və Ronaldinyonun iştirakı ilə təşkil olunan fasilə şousu yer alıb.
Nəşr həmçinin Dünya Kubokunun xüsusi “Louis Vuitton” çantasında meydana gətirilməsini, təxminən 1 milyon dollara satıldığı iddia olunan VIP oturacaqları və stadiondakı həddindən artıq FIFA brendləşməsini finalın ən diqqətçəkən məqamları kimi göstərib.