Elon Mask Trampın kabinetindən ayrıldı
08:53 29.05.2025
Gündəm
525
Dünyanın ən zəngin insanı, amerikalı milyarder Elon Mask, Prezident Donald Trampın kabinetindəki vəzifəsini başa vurub. Mask, Hökumət Effektivliyi Departamentindəki vəzifəsindən ayrıldığını açıqlayıb.
Sherg.az xəbər verir ki, Elon Mask, istefa bəyanatını sahibi olduğu sosial media platforması X üzərindən yayımlayıb.
O, “Xüsusi hökumət İşçisi olaraq xidmət müddətim başa çatır, israfçılığı azaltmaq imkanı verdiyi üçün Prezident Donald Trampa təşəkkür edirəm,” – deyə bildirib.
Ağ Ev də Maskın açıqlamasını təsdiqləyib.
Amerika mediasının məlumatına görə, Mask vəzifəsindən ayrılmamışdan əvvəl Trampla rəsmi görüş keçirməyib.
Mask, Tramp administrasiyasında Xüsusi Hökumət İşçisi olaraq vəzifəyə başlamışdı.
Amerika qanunlarına əsasən, bu kateqoriyaya aid vəzifəlilərin xidmət müddəti ildə 130 günlə məhdudlaşdırılır.
Trampın andiçmə mərasimindən sonra başlayan Maskın vəzifə müddəti sabah başa çatacaqdı.
SpaceX, Tesla və X kimi şirkətlərin sahibi olan dünyanın ən zəngin insanı Elon Mask, Pensilvaniyada Trampa qarşı təşkil olunan sui-qəsd cəhdindən sonra ona dəstəyini açıqlamışdı. Sonradan həmin ərazidə birlikdə mitinq də keçirmişdilər.
Amerikalı milyarder, Trampla X platformasında müsahibə də təşkil etmişdi. Bu müsahibəni milyonlarla insan izləyib.
Mask, miqrasiya siyasətindən tutmuş beynəlxalq yardımların dayandırılmasına qədər bir çox məsələdə Trampın tərəfində yer alıb. Seçki kampaniyasına milyonlarla dollar ianə edib və Trampın mitinqlərində çıxışçı kimi iştirak edib.
İsrafçılığı azaltma bölməsi, DOGE adlı qurumun yaradılması ilə Maskın rəhbərliyinə verilib. Bu səbəbdən minlərlə federal işçi işdən azad edilib.
Amerika mediasında zaman-zaman Tramp kabinetində Mask ilə bəzi nazirlər arasında mübahisələrin yaşandığı barədə xəbərlər də dərc olunub.
Mask tənqid olunub, Tramp ona dəstəyini bir neçə dəfə ifadə edib. Hətta israfla mübarizədə daha sərt mövqe tutması üçün onu təşviq də edib.
Bu dövrdə amerikalı milyarderin elektrikli avtomobil şirkəti Tesla-ya qarşı təbliğat kampaniyaları başlayıb və markanın satışları azalıb.
Demokratlar və fəalların Tesla-nın səhm dəyərlərinin düşməsi üçün fəaliyyət göstərdiyi bildirilib.
Ağ Evdə Tesla avtomobilinə minən Tramp, Tesla-ya qarşı bu cəhdlərin terrorçuluqla eyni səviyyədə dəyərləndiriləcəyini deyib.
Ancaq Tramp ilə Mask arasında fikir ayrılığı əlavə gömrük rüsumlarının tətbiqi ilə başlayıb.
Son fikir ayrılığı isə Maskın Trampın müdafiə etdiyi trilyonlarla dollarlıq vergi endirimi və müdafiə xərclərinin artırılması layihəsini tənqid etməsindən bir gün sonra yaşanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə