2026-cı il futbol üzrə Dünya Kuboku ABŞ-da rekord iqtisadi göstəricilərlə yadda qalıb.
Sherg.az xəbər verir ki, FİFA və Dünya Ticarət Təşkilatının hazırladığı hesabata əsasən, mundial ABŞ iqtisadiyyatına 17,1 milyard dollar ümumi iqtisadi məhsul və 9,6 milyard dollar ÜDM qazandırıb.

Turnir zamanı bilet satışlarında da rekord qeydə alınıb. Belə ki, 6,5 milyon bilet satılaraq Dünya Kubokları tarixinin ən yüksək göstəricisi əldə olunub.
Məlumata görə, ABŞ əldə olunan uğurlardan sonra 2029-cu il Klublararası Dünya Çempionatına və 2031-ci il qadınlar arasında Dünya Kubokuna ev sahibliyi etməkdə maraqlıdır.