- Loja böhranı böyüyür, Acun Ilıcalı məhkəməyə gedəcəyini açıqladı
“Fənərbağça”nın keçmiş vitse-prezidenti Acun Ilıcalı klubun stadionundakı lojası ilə bağlı müqavilənin ləğv edilməsinə münasibət bildirib və klub prezidenti Aziz Yıldırımni sərt tənqid edib.
Sherg.az xəbər verir ki, Ilıcalı sosial media hesabında paylaşdığı açıqlamada lojasının heç bir hüquqi əsas olmadan ləğv edildiyini iddia edib.
O, Aziz Yıldırımı şəxsi hesablaşmalar aparmaqda ittiham edərək, bu addımın “birlik və bərabərlik” şüarlarına zidd olduğunu bildirib.
Acun Ilıcalı həmçinin qanuni hüquqlarından istifadə edəcəyini və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb. “İlk məqsədim hüquqi yollarla kin və nifrət dolu bu düşüncəyə ədalət dərsi vermək və klubun hüquq çərçivəsində idarə olunmasına nail olmaqdır”, - deyə o vurğulayıb.