Barselona Mançester Yunaytedin Qavi üçün göndərdiyi təklifi qəbul etməyib
İngiltərənin "Mançester Yunayted" klubu İspaniya millisinin futbolçusu Pablo Qavi üçün "Barselona"ya təklif göndərib.
"Report" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
"Qırmızı şeytanlar" 22 yaşlı yarımmüdafiəçiyə görə 45+10 milyon avro ödəmək istəyib.
Lakin Kataloniya klubu bu təklifi qəbul etməyib. "Barselona" həmin məbləği yetərli hesab etmir və Qavini təxminən 100 milyon avroya satmağı düşünür.
Xatırladaq ki, oyunçu bu il İspaniya millisi ilə dünya çempionu olub.