“Beşiktaş” Salahın transferini rəsmiləşdirməyə hazırlaşır

“Beşiktaş” “Liverpul”un misirli futbolçusu Məhəmməd Salahın transferini reallaşdırmağa yaxındır.

Teleqraf "TRT Spor"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı hücumçu ilə razılığa gəlib.

“Beşiktaş” rəhbərliyi yaxın 2-3 gün ərzində Salah ilə görüşərək keçidi rəsmiləşdirməyi planlaşdırır.

Qeyd edək ki, misirli futbolçu ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 41 oyuna çıxıb. O, 3150 dəqiqə meydanda qalaraq 12 qol vurub və 10 məhsuldar ötürmə edib.