DÇ-2026: Fransa - İngiltərə - 0:1 - YENİLƏNİR

  A + 

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilir.

QOL.az xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gəlir. 

Qarşılaşma iyulun 19-na keçən gecə ABŞ-ın Mayami şəhərində yerləşən “Mayami Stadium”da oynanılır. Oyun Bakı vaxtı ilə saat 01:00-da start götürüb. 

Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirib. İngiltərə isə Argentina ilə görüşdə məğlub olub. 

Qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

01:00. Fransa - İngiltərə - 0:1 (Birinci hissə)

Qol: Deklan Rays, 3