FIFA-dan rekord mükafat: Dünya çempionu İspaniyaya 50 milyon dollar!

FIFA 2026 Dünya Çempionatı başa çatıb. Finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya tarixində ikinci dəfə dünya çempionu adına sahib çıxıb.

Sherg.az xəbər verir ki, çempion komanda FIFA-dan 50 milyon dollar mükafat qazanıb. Turnirin ikincisi olan Argentina 33 milyon, üçüncü yeri tutan İngiltərə 29 milyon, dördüncü olan Fransa isə 27 milyon dollar əldə edib.

Qrup mərhələsində mübarizəni dayandıran Türkiyə millisi isə turnirdən 9 milyon dollar gəlir götürüb.