FİFA prezidenti Canni İnfantino 2030-cu il futbol üzrə Dünya Kubokunda iştirakçı komandaların sayının artırılması təşəbbüsünü nəzərdən keçirir.
Sherg.az xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, 2026-cı il mundialında komanda sayı 48-ə çatdırıldıqdan sonra, 2030-cu ildə bu rəqəmin 64-ə yüksəldilməsi planlaşdırılır.
Qeyd edək ki, 2030-cu il Dünya Kubokuna Mərakeş, Portuqaliya və İspaniya ev sahibliyi edəcək. Turnirin ilk üç oyunu isə futbol üzrə dünya çempionatının 100 illiyi münasibətilə Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.