Mbappe Messinin rekorduna çatdı

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda İngiltərə ilə keçirilən matçda fərqlənib.

Teleqraf xəbər verir ki, ulduz futbolçu ikinci hissədə komandasının ilk qolunu vuraraq hesabı 1:4 edib.

Bu, Mbappenin dünya çempionatlarında 21-ci qolu olub. Bununla da fransalı hücumçu mundiallar tarixinin bombardirləri siyahısında Lionel Messiyə çatıb.

Mbappe cari dünya çempionatında 9 qol vurub. Finalda İspaniyaya qarşı meydana çıxacaq Messinin isə aktivində 8 qol var.