İngiltərə "Mançester Yunayted” klubu “Aston Villa”nın və Belçika millisinin futbolçusu Yuri Tilemansın transferini yekunlaşdırmaq üzrədir.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, “qırmızı şeytanlar” artıq belçikalı futbolçu ilə şifahi razılıq əldə ediblər. Yaxın vaxtlarda onun müqaviləsində nəzərdə tutulan 48 milyon dollar məbləğində sərbəstqalma bəndini aktivləşdirəcəklər.
Qeyd edək ki, Tilemansın “Aston Villa” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
29 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Anderlext”, “Monako” və “Lester Siti”də çıxış edib. O, son üç mövsümdə Birmingem təmsilçisinin formasını geyinib və 134 rəsmi oyunda 10 qol vurub, 25 məhsuldar ötürmə edib.
Belçika millisinin də üzvü olan Tilemans yığmanın heyətində 90 oyuna çıxaraq 15 qola imza atıb.