UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyununun ikinci hissəsi başlayıb.
Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matçın ikinci yarısında hesab açılıb.
Kadi Borges “Qarabağ” 52-ci dəqiqədə 1-0 irəli çıxarıb.
Görüşü albaniyalı baş hakimi Yucin Caya idarə edir.
Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.