“Real Madrid” Rodri transferi üçün qərarını dəyişdi

İspaniyanın “Real Madrid” klubu İspaniya millisinin və İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Rodri Ernandesi 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra heyətinə qatmaq niyyətindədir

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Serxio Valentin məlumat yayıb.

Madrid təmsilçisi son günlərə qədər 30 yaşlı yarımmüdafiəçinin transferinə isti yanaşmasa da, fikrini dəyişib. Klub artıq bu barədə Rodriyə məlumat verib.

Bildirilir ki, baş məşqçi Joze Mourinyo heyətə fərqli xüsusiyyətlərə malik mərkəz yarımmüdafiəçisinin cəlb olunmasını istəyib. Rodri isə portuqaliyalı mütəxəssisin əsas transfer hədəflərindən biri hesab olunur.

Qeyd edək ki, Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.