Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo və Georgina Rodriges gözlənildiyi kimi dəbdəbəli toy etməyib. Cütlüyün yayılan görüntüləri onların yalnız beş övladının iştirakı ilə evlərinin qonaq otağında sadə mərasimlə evləndiyini göstərib.
Sherg.az xəbər verir ki, 41 yaşlı Ronaldo nikah mərasimində smokinq əvəzinə köynək və pencək geyinib. 32 yaşlı Rodriges isə ağ ətək, köynək və pencəkdən ibarət sadə geyimdə olub.

Cütlük Rodrigesin Madriddəki Gucci mağazasında satıcı işlədiyi vaxt tanış olmalarının 10-cu ildönümündə evlənib. Hər ikisi Gucci geyimləri seçib.
Rodriges nikah mərasiminin evlərinin qonaq otağında keçirilməsini istədiklərini bildirib: “İstədim ki, bunu səhər yeməyimizi, naharımızı və şam yeməyimizi yediyimiz, həyatımızı yaşadığımız evimizin qonaq otağında edək.”
Mərasimdə cəmi dörd şahid və cütlüyün beş övladı iştirak edib. Ronaldo ailəsinin isə nikahdan yalnız bir neçə dəqiqə əvvəl xəbər tutduğu bildirilib.
Cütlüyün gələcəkdə ailə və dostlarının iştirakı ilə daha böyük toy mərasimi keçirəcəyi qeyd olunub. Bal ayına getməyən Ronaldo və Rodriges mərasimdən sonra ailəlikcə Səudiyyə Ərəbistanına qayıdıblar.