"Sədərək" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb" - YENİLƏNİB-4
19:46 04.08.2019
Gündəm
431

"Sədərək" Ticarət Mərkəzindəki yanğın artıq 3 saata yaxındır ki, davam edir. Hazırda yanğın tam məhdudlaşdırılıb, yanma təhlükəsi yoxdur".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib.
Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezadrantlar, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb: "Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçuraraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ".
E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.
Yanğının səbəblərinə gəlincə, E.Mirzəyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək".
***
saat 18.31
Bu gün "Sədərək" Ticarət Mərkəzində yanğın parfümeriya mağazasında başlayıb.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın daha sonra müxtəlif malların saxlandığı anbara keçib.
Hazırda anbarda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
saat 17.03
Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
saat 17.01
"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə ticarət mərkəzində yerləşən anbarlardan birində meydana gəlib.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atasının şərəfinə: Atalar Gününün təsirli tarixi
03:09 19.06.2025
Gündəm
Putin nəvəsinin çin dilini öyrəndiyini bildirib
01:32 19.06.2025
Gündəm
Alimlər eşqin qrafikini yayımladı - FOTO
00:42 19.06.2025
Cəmiyyət
İsrail İran kanalını ələ keçirdi, xalqa çağırış etdi
00:19 19.06.2025
Gündəm
İsrail İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlayıb
00:00 19.06.2025
Gündəm
FED əsas baza dərəcəsini 4,25-4,5% səviyyəsində saxlayıb
23:56 18.06.2025
İqtisadiyyat
İran ABŞ-yə nota göndərdi
23:49 18.06.2025
Gündəm
İsrail İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlayıb
23:44 18.06.2025
Gündəm
ABŞ vətəndaşlarını İsraildən təxliyə edir - MÜRACİƏT
23:35 18.06.2025
Dünya
Rəşad Sadıqov: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq
23:22 18.06.2025
İdman
ABŞ İsraildən öz vətəndaşlarının könüllü təxliyəsini təşkil edir
23:09 18.06.2025
Gündəm
Rusiya Azərbaycana təşəkkür etdi
22:42 18.06.2025
Siyasət
KİV: İran ilk dəfə ortamənzilli “Sacil” raketini buraxıb
22:30 18.06.2025
Gündəm
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
22:17 18.06.2025
İdman
Ərdoğanla Paşinyanın görüş yeri dəyişdi
21:54 18.06.2025
Region
I və IV qrupların cavabları açıqlandı
21:45 18.06.2025
Təhsil
Kiyevdə dağıntılar altından 23 cəsəd çıxarıldı
21:40 18.06.2025
Dünya
Tramp: Mən yalnız bir şey istəyirəm - İranın nüvə silahı ola bilməz
21:31 18.06.2025
Dünya
Bu gecə Bakının bəzi ərazilərində işıq sönəcək
21:21 18.06.2025
Sosial
Livan BMT-nin sülhməramlı missiyasının ölkədə qalmasını istəyir
21:08 18.06.2025
Dünya
Qəbələdə yol qəzası baş verib, xəsarət alanlar var
21:01 18.06.2025
Hadisə
İran bundan dərs çıxarmalıdır – Ərdoğan
20:52 18.06.2025
Region
İranda internet tamamilə kəsilib
20:43 18.06.2025
Region