Boğulmağın birinci səbəbi məsuliyyətsizlik, digəri isə yararsız çimərliklərdir
Çimərlik varsa, orda lazım olan bütün təhlükəsizlik tədbirləri görülüb ondan sonra insanların ixtiyarına buraxılmalıdırDənizdə boğularaq dünyasını dəyişən insanların sayı kəskin artıb. Demək olar hər gün bir neçə insanın acı xəbəri ilə qarşılaşırıq. İllərdir ki, mətbuat nümayəndələri bu məsələni işıqlandırır, ekspertlər maarifləndirmə aparır, amma yenə də dənizdə boğularaq dünyasını dəyişən insanların sayı azalmır.
Məsələni şərh edən təhlükəsizlik eksperti Elmar Nurəliyev “Sherg.az”a bildirib ki, nə qədər maarifləndirmə aparılsa da, yenə insanlar öz həyatlarına biganə yanaşır:
“İnsanlar istirahət vaxtlarını xoş və mənalı keçirməyi fikirləşsələr də, ani bir məsuliyyətsizlik sonda bədbəxt hadisələrə gətirib çıxardır. Çimərlikdə boğulmaya birinci səbəb məhz insanların özləri, digəri isə qeyri-çimərlik ərazilərinin olması və burada heç bir təhlükəsizlik tədbirlərinin görülməməsidir. Birinci növbədə insanlar çimərliyə gedərkən hava şəraitini nəzərə almalıdır. Bütün boğulma hadisələrinin demək olar ki, çoxu havanın küləkli olduğu vaxtda baş verib.
Daha sonra insanlar hansı çimərliyi seçməsinə diqqət etməlidir. Natəmiz və nəzarətsiz olan çimərliklərə getməmək lazımdır. Bir məsələni də qeyd edim ki, insanlar hər zaman eyni çimərliyə üz tuturlar. Getdikləri yerdə suyun hansı səviyyədə dərinləşdiyini, suyun dibində daş-kəsəyin olub-olmamasını bilmirlər.
Qeyri-çimərlik ərazilərində hər an təhlükəli vəziyyət yarana bilər. Həmin çimərliklərin də nəzarətsiz olduğunu nəzərə aldıqda insanların bədbəxt hadisə ilə qarşılaşması heç də çətin olmur.
Ona görə də qeyri-çimərlik anlayışının ləvğ edilməsi lazımdır. Yəni çimərlik varsa, orda lazım olan bütün təhlükəsizlik tədbirləri görülüb ondan sonra insanların ixtiyarına buraxılmalıdır. Bununla bağlı bir neçə dövlət qurumu da müştərək işləyə bilər. Hazırda çimərliklərə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə, Dövlət Xidmətinin əməkdaşları nəzarət edir. Demək olar ki, hər gün boğulma təhlükəsi ilə üzləşən onlarla insan xilas edilir. Onu da qeyd edim ki, boğulma hallarının heç biri bayaq sadaladığım qurumların nəzarət etdiyi ərazilərdə olmayıb. Demək, nəzarət olarsa, çimərlikdə boğulma halları baş verməz”.
E.Nurəliyev onu da söyləyib ki, çimərliklərə nəzarət edən qurumların əməkdaşlarına istirahət əsnasında qayda pozanlara inzibati cəza tədbirlərinin görülməsi ilə bağlı bir səlahiyyətin verilməsi daha məqsədəuyğun olardı:
“Çünki bəzən qayda pozanlar xilasedici nəzarətçilərin qanuni tələbinə məhəl qoymur, onlarla mübahisə edir.
Hətta nəzarətçilərə fiziki müqavimət göstərənlər də olur. Ona görə qayda pozanları məsuliyyətə cəlb etmə səlahiyyəti verilməsi yaxşı olardı. Ümumiyyətlə, insanlar çalışıb təhlükəsiz, nəzarət sistemi olan çimərliklərə üz tutmalıdır. Çimərlikdə alkoqol içkilər qəbul etmək olmaz. Bu, birbaşa insan həyatı üçün təhlükəlidir. Çünki spirtli içki qəbul edən şəxs həm günvurma hallarına daha tez məruz qalır, həm də suda boğulma riski artıq olur. Çimərlikdə qəbul ediləcək qidalara da diqqət etmək lazımdır. Yağlı, qızardılmış, konservləşdirilmiş qidaları çimərlikdə qəbul etməmək məsləhətdir”.
Dəniz insanları udur
12:16 05.08.2019
Gündəm
1154
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın gələcək hökumətinin yeni tərkibi bu tarixdə açıqlanacaq
07:29 23.12.2024
Dünya
Hemoqlobin üçün ideal dieta budur
05:32 23.12.2024
Sağlamlıq
Həftəlik 7 - 8 yumurta istehlakı normaldır
03:50 23.12.2024
Sağlamlıq
Afrika XXI əsrin ortalarında ən gənc qitə olacaq
02:49 23.12.2024
Dünya
Moskvaya səfərim Zelenskiyə cavab idi - Slovakiyanın Baş naziri
02:27 23.12.2024
Dünya
ABŞ-da müəllim 12 yaşlı şagirdini zorladı və hamilə qaldı!
02:20 23.12.2024
Hadisə
Braziliyada təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb
02:07 23.12.2024
Dünya
Ən yaxşı dərman açıqlanıb – GÜLMƏK
01:45 23.12.2024
Sağlamlıq
9 qolun vurulduğu oyunda “Liverpul” “Tottenhem”i məğlub edib
00:57 23.12.2024
İdman
Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub
00:49 23.12.2024
Siyasət
Xırdalandakı partlayışda xəsarət alanların bəziləri evə buraxılıb
00:31 23.12.2024
Hadisə
Trampdan Putin açıqlaması: Görüşmək istədiyini söylədi
00:22 23.12.2024
Gündəm
Roma Papası Milad bayramında münaqişə zonalarında atəşkəsə çağırıb
00:08 23.12.2024
Dünya
Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib
23:52 22.12.2024
Aktual
Qətər Avropaya qaz tədarükünü dayandıra bilər
23:36 22.12.2024
İqtisadiyyat
Qurban Qurbanov ölkədə ən yaxşı futbolçunun adını açıqladı
23:21 22.12.2024
İdman
Tbilisidə etiraz aksiyası başa çatıb
23:12 22.12.2024
Gündəm
Hakan Fidan Əhməd əl-Şara ilə Kasyun dağında çay içib
23:02 22.12.2024
Gündəm
Tramp Putinlə görüş keçirmək fürsətini gözlədiyini bildirib
22:53 22.12.2024
Gündəm
Serbiyada tələbələr ayağa qalxdı - Baş nazir istefaya çağırıldı
22:51 22.12.2024
Dünya
Lavrov misirli həmkarı ilə Suriyanı müzakirə edib
22:49 22.12.2024
Dünya
Zurabişvili Gürcüstan hakimiyyətinə bir həftə vaxt verib
22:44 22.12.2024
Gündəm
Netanyahu qorxdu, bu səfərdən imtina etdi
22:34 22.12.2024
Dünya
Ağ Ev Ukraynada sülhün əldə olunacağına nikbin baxır
22:21 22.12.2024
Gündəm