Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıldı
12:50 06.08.2019
Gündəm
659
Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Lent.az -a daxil olan birgə məlumatda qeyd olunur ki, avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən təxminən 500 nəfər qonaqdan 89 nəfərinin (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilmiş, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.İlkin araşdırma zamanı müəyyən olunmuşdur ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları (kabablar, toyuq əti, salatlar, qarpız, üzüm, düşes, kompot və sair) qəbul etdikdən sonra halları pisləşmiş, dərhal rayon mərkəzi xəstəxanasına və Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə müraciət ediblər.Hadisə zamanı zərər çəkmiş şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 88-i ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 1 nəfərin isə stasionar şəraitdə müalicələri davam etdirilir.Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hər gün ərazilərimizi itiririk - Ukraynalı mayor
23:42 11.12.2024
Gündəm
İsveç klubunun futbolçusu: “Qarabağ”la görüş ilin ən vacib oyunudur
23:28 11.12.2024
İdman
Qara dəniz üzərində Ukrayna PUA-ları vurulub
23:20 11.12.2024
Hərbi
İrəvandan qalxan təyyarə Bakıya niyə endi?
22:59 11.12.2024
Gündəm
Qurban Qurbanov: Elfsborqla oyunda çox güc sərf etməli olacağıq
22:48 11.12.2024
İdman
İlon Maskın sərvəti 400 milyard dolları keçib
22:36 11.12.2024
Dünya
Naxçıvanda yük avtomobili 34 yaşlı kişini vuraraq öldürüb
22:04 11.12.2024
Hadisə
Suriyada bir gündə üç alim öldürüldü
21:58 11.12.2024
Gündəm
"Fənərbaxça" "Atletik"ə məğlub oldu
21:50 11.12.2024
İdman
İlk məktəb həkimi, cümhuriyyət qurucusu... - TARİX
21:44 11.12.2024
Tarix
Macarıstan Ukraynanı Milad bayramında atəşkəsə dəvət edib
21:41 11.12.2024
Siyasət
Yeni pandemiya QAÇILMAZDIR- ALİMLƏR XƏBƏRDARLIQ EDİR
21:33 11.12.2024
Sağlamlıq
Tbilisidə etiraz aksiyası başladı
21:21 11.12.2024
Siyasət
Ümid edirəm ki, Orban Əsədə zəng etməyəcək - Zelenski
21:13 11.12.2024
Gündəm
Aİ ölkələrində 60 mindən çox ukraynalı əsgər təlim keçib
21:00 11.12.2024
Hərbi
Tramp gəlinini Afinaya səfir göndərir
20:53 11.12.2024
Gündəm
Karin Keller-Satter İsveçrənin prezidenti seçilib
20:41 11.12.2024
Dünya
SON XƏBƏR: Bəşər Əsədin atasının məzarı yandırıldı!
20:26 11.12.2024
Gündəm
Rusiyada miqrantların uşaqları ilə bağlı SƏRT QƏRAR
20:24 11.12.2024
Dünya
Baş nazir Əli Əsədov Rusiyada işgüzar səfərdədir
20:16 11.12.2024
Siyasət
Makron və İvanişvili Gürcüstandakı vəziyyəti müzakirə ediblər
20:08 11.12.2024
Siyasət
Qadınlara ölüm hökmü! İranda yeni əxlaq qanunları qüvvədədir
20:01 11.12.2024
Gündəm
Rusiya MN: Ukrayna ATACAMS raketləri ilə Taqanroqu vurub
19:45 11.12.2024
Hərbi