İki nəhəng gəmi toqquşdu

Meksikada Kosumel adası yaxınlığında “Carnival Cruise” şirkətinə məxsus iki kruiz gəmisi bir-birinə çırpılıb.

CNN-in məlumatına görə, bu barədə kadrlar “Twitter”də dərc olunub.

Hadisə nəticəsində bir nəfər yaralanıb. Şahidlər bildiriblər ki, çarpışma göyərtəyə dəyən nəhəng dalğanı xatırladıb. Bununla belə, gəminin səfərə davam edəcəyi düşünülür.

Hazırda zərərin miqdarı hesablanır.