Avropa İttifaqının rəsmiləri ABŞ-nin yeni prezidenti Donald Trampın Co Bayden hakimiyyəti dövründə Rusiyaya tətbiq edilən sanksiyaları bu addımın nəticələrini düşünmədən ləğv edəcəyindən ehtiyatlanır.
APA-nın xəbərinə görə, bu barədə “Financial Times” nəşri yazıb.
Nəşrin mənbələri bildiriblər ki, bu ehtimalı daha da gücləndirən məqam Donald Trampın hələ vəzifəsinin icrasına başlamadan səsləndirdiyi təhdid dolu bəyanatlar, eləcə də birinci hakimiyyəti zamanı məhdudiyyətlərin ləğvi təcrübəsindən istifadə etməsidir:
“O vaxtilə ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın Kubaya tətbiq etdiyi qadağaları aradan qaldırıb, eləcə də Paris İqlim Sazişindən çıxıb. D. Trampın atdığı növbəti addım isə İranla “altılıq” ölkələri arasında imzalanan nüvə sazişindən imtina olub. Əsas problem ondadır ki, Ağ Evin yeni rəhbəri bu addımları tutarlı səbəb olmadan, sadəcə onlar Co Baydenin dövrünə təsadüf etdiyi üçün atacaq”.
Fərid
Fərid Azəri