Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
Sərnişinlər 37 nömrəli müntəzəm xətt üzrə hərəkət edən avtobus sürücülərindən şikayət edirlər.
Şikayətə görə, 37 nömrəli müntəzəm xətt üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü yolboyu telefonla danışıb:
“Sürücülər qaydalara riayət etmirlər. Yolboyu telefonla danışırlar. Sərnişinlər etiraz edəndə isə kobud cavab verirlər - “Kimə istəyirsiniz şikayət edin”. Qəza olanda da deyəcəklər ki, bizdə günah yoxdur”.