Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Ekoloji Nəzarət üzrə Yol-patrul Xidməti Bölüyünə məxsus binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.
BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında deyib ki, Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq “Ekologiya postu”nun yeri dəyişdiriləcək:
“Postun bir hissəsi yolun təmir olunan hissəsinə düşdüyü üçün “Ekologiya postu”nun yerinin dəyişdirilməsi nəzərdə tutulur. Yeni postun dəqiq nə vaxt və nə qədər kənara çəkilməsi barədə tam məlumatım yoxdur”.
“Yeni “Ekologiya postu” daha müasir şəkildə inşa ediləcək və təzə avadanlıqlar quraşdırılacaq. Burada işlər mərhələli şəkildə aparılacaq. Yeni postun bir hissəsi tikilən zaman digər postdakı avadanlıqlar oraya köçürüləcək. Daha sonra isə köhnə “Ekologiya postu” söküləcək”.