Bakıda 15 yaşlı oğlan anasının vurduğu iynədən sonra dünyasını dəyişib. Məlumata görə, yeniyetmə ev şəraitində vurulan iynədən sonra anafilaktik şok keçirib.
Məlumata görə, yeniyetmə anasının vurduğu iynədən sonra anafilaktik şok keçirib və təcili tibbi yardım briqadası hadisə yerinə çağırılıb. Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb.
Hadisə ilə bağlı Sherg.az-a danışan həkim-pediatr Vaqif Qarayev bildirib ki, əksər KİV-lər yeniyetmənin qızdırmadan dünyasını dəyişdiyini yazıb. Lakin ev şəraitində vurulan iynənin anafilaktik şok yaratdığı daha inandırıcıdır:
Valideynlər indiki xəstəliklərlə bağlı "qızdırmasına nəzarət edin, filan dərmanlardan istifadə edə bilərsiniz" - kimi məsləhətdən narazı qalır. Mütləq resept blankını doldurub verməlisən. Bu düzgün deyil. Çünki xəstəlik yeni başlayan zaman hərarətsalıcılardan başqa heç nəyə ehtiyac yoxdur.
Əgər yüksək qızdırma 3 gündən artıq davam edəcəksə, tutmaşəkilli boğucu öskürək, təngnəfəslik olacaqsa uşaq mütləq müayinə olunmalıdır ki, müayinə nəticələrinə görə, yazılacaq müalicə dəyişsin. Özünümüalicə və aptek satıcısının verdiyi dərmanlarla müalicə düzgün deyil. Bu cür hallarda risk etmək olmaz”.