Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb.
Bu barədə APA -nın Moskva müxbirinə paytaxtın Qərb inzibati dairəsi üzrə Oçakova-Matveyevskaya rayonunun Azərbaycanlı Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov məlumat verib.
Onun sözlərinə görə, 20 nəfərə yaxın erməni Moskvanın Matveyevskaya küçəsində üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib. Hadisə yerinə polislər gəlib.
Milli Mədəni Muxtariyyətin idman komitəsinin sədri Raqib Bayramovun APA -ya verdiyi məlumata görə, baş verən hadisə Azərbaycan diasporunun nəzarətindədir. O, hazırda hadisə yerində olduğunu, polislərin məsələ ilə bağlı araşdırma apardığını söyləyib.