Koronavirus əleyhinə maarifçi təşəbbüslər davam edir.
"Sherg.az" xəbər verir ki, belə addımlardan biri də "Evdə qal" kampaniyası çərçivəsində çəkilən sosial çarxdır. Sosial çarx insanlara ev mühitində, çölə çıxmadan da əməkdaşlıq etməyi aşılayır, insanları vaxtı səmərəli keçirməyə çağırır. Göstərilir ki, vətəndaşlar özlərinin və doğmalarının təhlükəsizliyi naminə evdən çıxmamalıdırlar. Bunun əvəzinə şəxsi bilik və bacarıqlarını inkişaf etdirmək, yararlı fəaliyyət növləri ilə məşğul olmaq tövsiyə edilir.