Özbəkistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 6 nəfər artıb. Ümumilikdə isə, bu xəstəliyə yoluxanların sayı 55-ə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə COVID-19 ilk dəfə martın 15-də Parisdən Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar olunub. On gün ərzində koronavirusa yoluxanların sayı 55-ə çatıb və hər gün artır. Son 24 saat ərzində bu xəstəlik koronavirusa yoluxanlarla heç bir əlaqəsi olmayan bir qızda da aşkarlanıb.
Koronavirusa yoluxanlar Elmi-Tədqiqat Virusologiya İnstitunun klinikasında müalicə alırlar. Virusa yoluxanlar arasında ölənlər yoxdur.
Qeyd edək ki, Özbəkistanda 12,7 min adam karantindədir. Onların 7,4 mini xəstəxanalarda, qalanları isə ev şəraitində karantinə alınıb.