Aydın Mirzəzadə: “Şəxsən dövlət başçısı özü mütəmadi olaraq bu mövzu ilə əlaqədər çıxış edir, ictimaiyyətə tövsiyələr verir. Vətəndaşlar da hökumətə yardım etməli, məsuliyyəti başa düşməlidirlər ”
Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edən zaman AzTV-yə müsahibə verib. Ölkə başçısı koronavirusla bağlı ölkədəki vəziyyət haqqında da danışıb və əhalini həmrəyliyə, problemdən birgə xilas olmağa çağırıb:
Vətəndaşlar məsuliyyətli olmalı, yeni qaydalara, xüsusi karantin rejiminə riayət etməlidirlər.
Vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəni daha məqsədyönlü və uğurlu edəcək. Hər bir şəxs yaxınlarına arxa olmalı, yaşlı nəslin nümayəndələrini, özünü, uşaqlarını qorumalıdır. Vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər. Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə qalib gəlməyə imkan verəcək. Biz birlikdə güclüyük”.
Ölkə başçısının çağırışını müsbət qiymətləndirən millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında dəyib ki, indiki vəziyyətdə dövlət öz vətəndaşına lazımi qayğını göstərir:
"Hökumət koronavirusla qarşı mübarizə üçün bütün mümkün tədbirləri görür. Problemin həlli üçün dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanin 1 illik əməkhaqqlarını Koronavirusla Mübarizə Fonduna ianə etmələri, həmçinin büdcədən 1 milyard manatın ayrılması sözügedən məsələnin, əhalinin sağlamlığının prioritet amil olduğunu göstərir. Şəxsən dövlət başçısı özü mütəmadi olaraq bu mövzu ilə əlaqədər çıxış edir, ictimaiyyətə tövsiyələr verir. Amma vətəndaşlar da hökumətə yardım etməli, məsuliyyəti başa düşməlidirlər. Panikaya qapılmaq, dezinformasiyalar yaymaq olmaz. Necə deyərlər, birlik dirilikdir".