İlham Əliyev - Qəlbi daim xalqı ilə döyünən rəhbər ! - Minnətdarlıq məktubu 

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə ölkənin bütün bölgələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. 

"Sherg.az" Prezidentin saytına istinadla Tərtər rayon sakini Zahid İbrahimovun bu addımlara görə ölkə başçısına minnətdarlıq məktubunu təqdim edir.

Zahid İbrahimov yazır:

“Bütün dünyanın “COVİD-19” pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda yenə də xalqımızın dolanışığını unutmadınız, dövlət öz yardım əlini xalqdan əsirgəmədi, maddi köməklə bərabər bizə mənəvi cəhətdən də dəstək oldu, “evdə qal, sağlam qal” dedi. Gələcəyimiz naminə hər kəs bu çağırışa qoşulub karantin rejiminə ciddi əməl etməlidir ki, çətin günləri arxada qoyaq, yenidən doğma Vətənimizin inkişafı naminə, möhtərəm Prezidentimiz, Sizə - qəlbi daim xalqı ilə döyünən rəhbərə dəstək olaq. Mən fəxr edirəm, qürur hissi keçirirəm ki, Sizin kimi Prezidentimiz var”.