Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Hazırda Bakıda yaşayan Laçın rayonundan olan məcburi köçkün Türkanə Xaspoladzadə Prezidentə təşəkkürünü belə izhar edir:
Əziz Prezidentimiz, Siz hər zaman gənclərə önəm verir, onları dəstəkləyirsiniz.Bu dəstəyiniz sayəsində gənclərin ölkəmizin ictimai-siyasi həyatında rolu artır.Gənclərimiz ölkəmizə yeni-yeni nailiyyətlər qazandırırlar.
Cənab Prezident, Siz hazırda aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrə böyük diqqət və qayğı göstərirsiniz. Dünyanın bəşəri problemə çevrilən koronavirusun ağuşunda olduğu bu çətin dövrdə xalqımızın rifahı naminə imzaladığınız sərəncamlar bir daha göstərdi ki, Azərbaycan xalqının sağlamlığı, əmin-amanlığı hər zaman olduğu kimi, yenə də Sizin üçün ən önəmli məsələdir. Ölkəmizin təhlükəsizliyini təmin etmək, xalqın rifahının yaxşılaşdırmaq üçün gördüyünüz işlərə görə laçınlılar və Xaspoladzadələr adından Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma təşəkkürümüzü bildiririk”.