"Əziz qardaşım İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Qarabağ zəfərinə görə təbrik edirəm. Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb. Bundan başqa, kilsələrə ziyan vurulub. Bütün bunlara əlavə olaraq, 1918-ci ildə azərbaycanlı qardaşlarımızın qətliamının anıldığı gün Xocalı qətliamını kənara qoya bilmərik.
İldönümünü bir daha xatırladıq. Qarabağda Türk irsinin qorunması və bərpası üçün bütün vasitələrimizlə Azərbaycanın yanında olmağımız vacibdir".
"Sherg.az" xəbər verir ki,Prezident Rəcəb Tayyib Ərdoğan, Türk Şurası Dövlət Başçıları Sammitində Vahdettin Köşkündə canlı əlaqə zamanı çıxışında deyib.
O, sözlərinə belə davam edib:
"Azərbaycanın bu bölgəni dirçəltməsini və bütün qaçqın soydaşlarımızı öz torpaqlarına qaytarmağının vacibliyini düşünürəm. Ramazan bayramından sonra Suşanı ziyarət edəcəyimiz və qardaşımızla birlikdə yeni bir tətil keçirəcəyimizə ümid edirəm".