"Bir neçə gündür ki , qardaş Türkiyədə yanğınlar davam edir. Antalya, Alanya, Muğla, Burdur, Mersin, Dənizli, Osmaniyyədə başlanan yanğınlarda hektarlarla meşələr, yaşayış massivləri, tibb və təhsil müəssisələri yanıb, insanlar evlərindən təxliyyə olub".
"Sherg.az" xəbər verir ki, bu barədə "Şərq" qəzetinin baş redaktoru, "Azərbaycan Türk Ocağı"nın başqanı Akif Aşırlı məlumat verib. Təşkilat sədri qeyd edib ki, vəziyyətin acınacaqalı hal aldığını nəzərə alaraq "Azərbaycan Türk Ocağı" yanğından zərər cəkən bölgələrə maddi dəstək ücün ianə kampaniyasına başlamağı qərar verib:
""Qardaş köməyi " adlanacaq yardımlaşma bu gündən başlayaraq avqustun 12 - dək davam edəcək.Qeyd edək ki , bu kompaniyada mərkəzi qərargahı Ankarada yerləşən Türk Ocaqları Mərkəzi Qərargahı və yanğın bölgələrinin eyniadlı şöbələri ilə koordinasiyalı fəaliyyət göstərəcəyik.
Gəlin, Türkiyənin bu acı günündə qardaş köməyimizi əsirgəməyək. Toplanan vəsait və yardımlaşmada iştirak edən hər kəs barədə " Azərbaycan Türk Ocağı "nın saytında məlumatlar veriləcək".