Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı 


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65 849 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 112 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 043 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 636 579, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 406 844 təşkil edir.