Türkiyənin Tokat vilayətində Niksar rayonunda 4,3 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 19:09-da qeydə alındığını bildirib.
AFAD zəlzələnin yerin 14,35 kilometr dərinliyində baş verdiyini qeyd edib.