Azərbaycanda zibil qutusundan döl tapıldı


Ağsu şəhərində yeni doğulmuş körpə dölü tapılıb. 

Oxu.Az-ın məlumatına görə, döl şəhər ərazisində yerləşən zibil qutusuna atılıb.

Dölün kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.