“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Bu istiqamətdə Ermənistan tərəfindən müsbət rəy gözləyirik, ancaq hələ də heç bir nəticə görmürük. İşğal iddiaları hələ də qalır. Bu tamamilə qəbul olunmazdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan hələ də beynəlxalq hüququ tanımaq istəmir:
“Azərbaycan mövqeyi ədalətin və beynəlxalq hüququn bərqərar olmasını istəyir. Azad olunan ərazilərdə belə miqyasda quruculuq işlərinin aparılması heç bir ölkədə olmayıb”.