Dünya çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 57 kq-da mübarizə aparan idmançı finala gedən yolda hindistanlı Saurab İqave ilə qarşılaşıb.

Rəqibi üzərində qələbə qazanan Rzazadə finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi qırğızıstanlı Bekbolot Mirzənəzər olacaq.

18:12
Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 70 kq-da çıxış edən Murad Yevloyev 1/4 finalda tacikistanlı Mustafo Axmedovu məğlub edib.

17:47
Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, xalça üzərinə çıxan 5 idmançıdan ikisi artıq yarımfinala vəsiqə qazanıb.

57 kq-da Əliabbas Rzazadə 1/4 finalda ermənistanlı Manvel Xndzrtsyana, 79 kq-da isə Əşrəf Aşırov isveçrəli Tanquy Darbellaya qalib gələrək növbəti raunda yüksəliblər.