“Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi dövründə problemin həlli üçün bir iş görə bilmədi”.
Oxu.Az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır.
“Bu dəhliz yeni imkanlar açacaq”, - deyə o əlavə edib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb, bunu danışıqlar masasına daşıyıb.
“Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasında çox iddialıyıq”, - deyə Hikmət Hacıyev bildirib.