Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və səfirliyin nəzdində Hərbi Attaşelik Aparatı tərəfindən Ankara şəhərində təntənəli tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və qardaş ölkənin digər dövlət və hökumət nümayəndələri, xarici ölkələrin hərbi attaşeləri, həmçinin Ankarada müalicə alan qazilərimiz və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi orkestrinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.