Çavuşoğlu: “Bir millət, bir ürək, bir can, Türkiyə-Azərbaycan!” - FOTO


“Qardaş Azərbaycanın tarixində azadlıq yolunda ən ağrılı xatirələrdən biri olan 20 Yanvar şəhidlərini rəhmət və ehtiramla yad edirəm”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına verdiyi başsağlığında bildirilir.

Bununla bağlı o, özünün “Twitter” hesabından paylaşım edib.

“Bir millət, bir ürək, bir can, Türkiyə-Azərbaycan”, - deyə Türkiyənin xarici siyasət qurumunun rəhbəri sözlərini yekunlaşdırıb.