İsrail atəşkəsi pozacağı təqdirdə husilər də hücumlarını bərpa edəcək

Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları, İsrail Qəzzada atəşkəsi pozacağı təqdirdə İsrail ərazisinə və gəmilərə hücumları bərpa edəcək.

APA xəbər verir ki, bunu “Ənsar Allah”ın lideri Əbdülməlik əl-Husi tərəfdarlarına müraciətində deyib.

"Biz sazişin icrasının mərhələlərini izləyəcəyik. İsrail tərəfindən hər hansı pozuntu, qırğınların davam etdirilməsi və ya mühasirənin bərpası halında, Fələstin xalqına dərhal hərbi dəstək verməyə hazır olacağıq", - hərəkat lideri husilərə məxsus “Al Masirah” telekanalı tərəfindən yayımlanan bəyanatda deyib.