Azərbaycanda arvadını boğaraq öldürən şəxsə AĞIR CƏZA

Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Report”un xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci ilin iyul ayının 25-də Bərdə rayonunda baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü Aqil Mustafayev qısqanclıq zəminində həyat yoldaşı, Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qətlə yetirib.
A.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.