İnternat məktəbinin direktoru ərzaqları şəxsi maşınına yüklətdirir? - Araşdırma başladı + YENİLƏNİB/VİDEO


3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimovanın məktəbdəki ərzaqları şəxsi maşınına yüklətdirməsi barədə yayılan görüntülərlə bağlı araşdırma aparılır. 

Bu barədə Oxu.Az-ın sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib.

Qeyd edilib ki, məsələ barədə açıqlama veriləcək.

10:28

3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru oradakı ərzaqları şəxsi maşınına yüklətdirir.

Oxu.Az-ın məlumatına görə, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimova məktəbin ərzağını anbardan öz şəxsi maşınına yüklətdirərək daşıtdırıb. 

İddia edilib ki, direktor həmin ərzaqları müəyyən yerlərdə satışa çıxardır.