Bir neçə gün sonra 26-29 may tarixlərində “TEKNOFEST Azərbaycan” festivalı start götürəcək.
Festivalda həm yerli, həm də xarici qonaqlar iştirak edəcək. Dünyanın ən müasir texnologiya festivalı Türkiyə hüdudlarından kənarda ilk olaraq Azərbaycanda keçiriləcək. Festival çərçivəsində müxtəlif texnologiya festivalları gerçəkləşəcək.
Azərbaycanın və Türkiyənin Müdafiə Nazirliyinin nümayəndələrinin də iştirakı gözlənilir, eləcə də pilotlar aviaşoular nümayiş olunacaq. Su üzərində unikal, məşhur uçan adam şousu, “Flyboard” şousu məhz ilk dəfə bu festivalda göstəriləcək.
Qeyd edək ki, Bakıda baş tutacaq “TEKNOFEST Azərbaycan” festivalına hazırlıqlar əsasında qırıcı təyyarələrin uçuşu həyata keçirilir. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları - “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında məşqlər reallaşdırır.
Sözügedən festivala hazırlıqları "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Rusif Məmmədsoy Türkiyə qırıcılarının Bakı səmasında uçuşunu siyasi cəhətdən xarakterizə edib:
" Bakı səmasında Türk şahinlərin təlimi rəsmi şəkildə desək, “TEKNOFEST”lə bağlıdır. Amma mən fərqli qiymətləndirirəm. Regionda proseslər qəribə hal almağa başlayıb. Xüsusilə, Rusiya təhdidi durmadan artır. Ötən gün Xankəndi də rus fiziki, hidrogen bombasının həmmüəllifi, siyasətçi Andrey Saxarovu büstü ucaldıldı. Bu, birmənalı qarşılana bilməz, təhlükəli manevrdir. Artıq belə hərəkətlərə son vermək lazımdır.
Olaylar Rusiyadan xəbərsiz həyata keçirilmir.
"Sülhməramlı" kontingentinin mayoru Vitali Fomin həmin büstün açılışında idi. Azərbaycana və Nikol Paşinyana təhdid kimi istifadə olunur. Brüssel görüşündən sonra, həmçinin öncə müəyyən təhdidlər nəzərə çarpdı. Hansısa razılığa gəlinməyəcəyi ilə bağlı təyziqlər ünvanlandı. Hətta mayın 22-dəki Brüssel görüşündən əvvəl Armen Qriqoryanın açıqlaması vardı ki, görüşdə heç bir sənəd imzalanmayacaq".
R.Məmmədsoyun qənaətincə , Ermənistandakı etiraz aksiyaları fonunda N.Paşinyanı devirmə planları ola bilər:
"Bu, prosesin qarşısını almaq üçün erməni cəmiyyətinə verilən mesajlardan biridir. N.Paşinyan görüşlərdən əvvəl, yaxud sonra hər zaman sənədin imzalanmadığına dair açıqlama verirdi.
Fevral ayında Rusiya ilə "müttəfiqlik" imzalasaq da, onun təhdidi durmadan artır. Açıq şəkildə seziləcək dərəcəyə gəlib çıxıb. Biz əsas müttəfiqimiz qardaş ölkə, Türkiyə ilə “Şuşa Bəyannaməsi” imzalamışıq. Bəyannaməyə əsasən , tərəflər hər hansı təxribatlar olduğu təqdirdə bir-birinin yanında dayanacaq. Qırıcıların Bakı səmasında görünməsi 2001-ci ildə Tehrana ötürülən mesaj idisə, 2022-ci ildə isə Kremlə göndərilən ismarışdır".