“...Onlarla düşmən əsgəri və texnikası məhv edilib” - AÇIQLAMA


"Ali Baş Komandan İlham Əliyev hər zaman bildirib ki,  Ermənistan ölkəmizə qarşı təxribat törədərsə, öz layiqli cavabını alacaq. Son hadisələrdə -Sentyabrın 12-dən 13-nə keçən gecə düşmənin törətdiyi genişmiqyaslı təxribat zamanı da ordumuz onlara tutarlı cavab verərək şəhidlərimizin qisasını aldı”.
  Bunu “Sherg.az”a açıqlama verən hərbi ekspert Ramil Məmmədli deyib. 

O bildirib ki, Qırxqız yüksəkliyi və Kəlbəcər istiqamətində gedən sonuncu döyüşlər ordumuzun əzminin bariz nümunəsidir:
 “Ermənistan ordusunun Azərbaycan sərhəddində yerləşən əsgərlərinin sayı 1000nəfərdən az deyil. Daimi xidmət aparanların sayı isə 200-300 civarında ölçülür. Silahlı qüvvələrimizin bu məntəqəyə endirdiyi zərbələr nəticəsundə onlarla düşmən əsgəri və texnikası məhv edilib. Düşmənlərin itkilərinə gəldikdə isə erməni tərəfi heç bir zaman dəqiq rəqəm açıqlamır. Nikol Paşinyan 49 nəfər deyirsə, bu say deyilən rəqəmin iki qatından az deyil. Onların sərhəddimizdə qurduğu hərbi infrastruktur darmadağın edildi və bərpasına ən azı 4-5 il lazım olacaq“.