“Sentyabr əməliyyatların miqyası və nəticələri rəsmi olaraq açıqlanmır. Lakin bu hərbi toqquşma Azərbaycanın Zəngəzur dəhlizini açmaq tələbində nə qədər israrlı olduğunu göstərir”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov Zəngəzur dəhlizinin nə zaman açılacağına münasibət bildirərkən deyib.
Analitik bildirib ki, sərhədlərin güc tətbiqi ilə delimitasiya prosesinə salınmasının örnəyini Azərbaycan ortaya qoydu və Zəngəzur dəhlizi həmin məntiqdə aktuallıq qazanır:
“Dəhliz Horadiz-Ağbənd dəmir yolundan başlayır və Ermənistan ərazisindən keçərək Naxçıvana qədər çəkilməlidir. Azərbaycan Naxçıvandan da dəhlizə yol açmaq üçün hərbi tədbirlər planını masada saxlayır.
Hadisələrin dəhlizə nisbətdəki meqaməntiqi bundan ibarətdir. Ancaq əməliyyatların dairəsi tam açıqlanmadığından yeni alınan hansı yüksəkliyin, hansı ərazinin konkret olaraq dəhliz üçün böyük imkanlar açdığını söyləyə bilmərəm”.